Cari ildə 1531 yeni icarə müqaviləsi bağlanılıb, 146-sı ləğv edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən son dövrlər dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edilib. İqtsadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, daşınmaz dövlət əmlakının səmərəli istifadə edilməsi və icarədən yayınmış obyektlərin icarəyə cəlb edilməsi məqsədilə aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində icarə bazasının genişləndirilməsinə nail olunub və bağlanılmış icarə müqavilələrinin sayında artım qeydə alınıb. Belə ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində görülmüş tədbirlər nəticəsində ümumilikdə 1531 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 631-i qeyri-yaşayış sahələri üzrə,  900-ü isə torpaq sahələrinə dair olub. Bununla yanaşı hesabat dövrü ərzində 461 icarə müqaviləsinin müddəti uzadılıb, 146 icarə müqaviləsi ləğv edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr ayları ərzində 1177 və ya  3,3 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31