Veam Vəhhab: “Hizbullah”ın Suriyadakı fəaliyyəti təqdirəlayiqdir”
10 İyun 2013 16:15 İqtisadiyyatLivanın Ərəb Vəhdəti Partiyasının sədri Veam Vəhhab ərəbistanlı müfti Vəlid Conbəlatın Əsəd rejimi haqqındakı fikirlərinə sərt reaksiya verərək onu "ağıldan kəm" adlandırıb. "Əl-Aləm" kanalının məlumatına görə, Veam Vəhhab qeyd edib ki, Ərəbistan müftisi və onun kimilər, o cümlədən Qətər müftisi Şeyx Yusif Qərzavi "Hizbullah" haqqında danışmamışdan qabaq ağızlarını yaxalamalıdırlar. O, "Hizbullah"ın Suriyadakı fəaliyyətinə haqq qazandıraraq bildirib ki, Əl-Qüsəyr mövzusu Suriya məsələsindən daha çox Livanın problemidir. "Buna görə də hamı "Hizbullah"ın bu müharibədəki iştirakını başa düşəcək və dərk edəcək. "Hizbullah"ın əsas məqsədi Livanı müdafiə etməkdir" - Veam Vəhhab deyib. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31