Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyinin nümayəndələri ilə görüş keçirilib
22 Dekabr 2021 13:34 İqtisadiyyatRəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının birinci işgüzar toplantısında iştirak məqsədilə ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi yanında Dövlət Rabitə Agentliyinin direktoru Talant Kalıkovla görüşüb.
"OLAYLAR" xəbər verir ki, görüşdə ölkələrimiz arasında İKT və kosmik sahəsi üzrə əməkdaşlıq məsələlərinə dair müzakirə aparılıb.
Həmçinin qarşı tərəfin təklifinə əsasən "IMEI" - mobil cihazların qeydiyyat sisteminin ölkəmizdə işləmə mexanizmi barədə qonaqlara ətraflı məlumat verilib və bu sahədə təcrübə mübadiləsinin aparılmasının mümkünlüyü vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31