Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (CCIAF) üzvləri arasında ölkəmizdə rəqabətin tənzimlənməsinin alətləri və prioritetlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Bir 1 nəfər və bunu deyən yazı "AZERBAIJAN FRANCE CHAMBER OF COMMERCE" şəkili ola bilər

Tədbirdə Fransanın Azərbaycandakı səfiri Zakari Qros, CCIAF-nin idarəedici direktoru Zibər Hüseynova bu formatda olan təşkil edilən görüşlərin, aparılan müzakirələrin, dövlət-özəl sektor tərəfdaşlığının önəmini qeyd ediblər.

Dövlət Xidməti rəisinin müavini Məmməd Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, antiinhisar nəzarəti və rəqabət sahələrində davamlı institusional islahatların aparıldığını, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə rəqabətin təşviqi üçün yeni alətlərdən istifadə olunduğunu qeyd edib.

Bir 1 nəfər, ayaqda və bunu deyən yazı "AZERBAIJAN FRANCE CHAMBER OF COMMERCE AFCHAMBER HYATT REGENCY BAKU" şəkili ola bilər

Tədbirdə bildirilib ki, qisa müddət ərzində Rəqabət Məcəlləsinin hökumətə təqdim olunacağı gözlənilir. Bununla yanaşı, dövlət satınalmalarında səmərəlilik və şəffaflığı təmin edən "Dövlət satınalmaları haqqında" yeni Qanunun layihəsi hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunub.

Bir 4 nəfər, ayaqüstə duran insanlar, kostyum və içəridə şəkili ola bilər

Qeyd edilib ki, şəffaflığın artırılması məqsədilə prosedurların icra edilməsində maksimum rəqəmsallaşmaya üstünlük verilir. Bununla yanaşı, azad rəqabət mühitinin qorunması, istehlakçı məmnunluğunun təmin edilməsi və milli iqtisadiyyatda rəqabət qabiliyyətliliyin yüksəldilməsi Dövlət Xidmətinin strateji hədəfləri kimi müəyyən olunub.

Bir 1 nəfər, ayaqda və bunu deyən yazı "2amIOInOu AZERBAIJAN FRANCE CHAMBER OF COMMERCE AFCHAMBER HY HYATT REGEN BAKU" şəkili ola bilər

Sonda tədbir iştirakçıları arasında rəqabətin tənzimlənməsinin alətləri və prioritetlərinə dair müzakirələr aparılıb, Dövlət Xidmətinin nümayəndələri tərəfindən Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvlərini maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31