Hazırda Yardımlıda İran-Azərbaycan yeni gömrük keçid məntəqəsinin açılması ilə bağlı layihəmiz yoxdur - Səfər Mehdiyev
12 Dekabr 2021 12:28 İqtisadiyyatYardımlı rayonu ərazisində İran-Azərbaycan yeni gömrük keçid məntəqəsinin açılması ilə bağlı hal-hazırda layihəmiz yoxdur
Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
"Belə müzakirələr də getmir. Cənub istiqamətində, İranla bizim kifayət qədər qapımız var. Elə bir məsələ olarsa, hökumət səviyyəsində müzakirə olunur. Biz icraedici orqanıq. Hər hansı qaçaqmalçılıq faktı, yayınma hallarının qarşısının alınması məqsədilə elektron idarəatmə sistemləri, eletron ticarət bəyannamələri qəbul olunub. Böyük bir baza yaranıb və həm ölkənin statistik bazası, eyni zamanda elektron ticarət dövriyyəsinin nə olduğunu biz nəzarətə götürə bilmişik", - S. Mehdiyev deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31