1700-dən çox sahibkara 155,8 milyon manat güzəştli kredit verilib
İyunun 7-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Zaqatala rayonunun Aşağı Tala kəndində keçirib
7 İyun 2013 17:22 İqtisadiyyat
İqtisadi İnkişaf Nazirliyindən əldə etdiyimiz məlumata görə, öncə Oğuz rayonunda güzəştli kredit ayrılmış taxıl anbarı kompleksinə və qarğıdalı emalı və qlükoza istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilib.
Sonra tədbir iştirakçıları üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və rayonda prioritet hesab olunan müasir heyvandarlıq kompleksi, çayçılıq, taxılçılıq və tütünçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, bu ilin ötən dövrü ərzində Qeyd edək ki, fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1721 investisiya layihəsinin maliyyələşdirilməsinə 155,8 milyon manat güzəştli kredit ayrılıb. Bu kreditlərin reallaşdırılması 6400-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31