Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə yeni rüsumlar QALDIRILDI

Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
 Olaylar  xəbər verir ki, dəyişikliklə avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılır.
 
- Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşir.
 
- Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçünrüsum artırılaraq 10 manat məbləğində müəyyənləşir. Əvvəl bu rəqəm 5 manat idi.
 
Layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlara da dəyişiklik təklif olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31