Əli Əsədov qiymət artımından DANIŞDI
3 Dekabr 2021 12:57 İqtisadiyyatBaş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında qiymət artımına münasibət bildirib.
Olaylar xəbər verir ki, baş nazirin sözlərinə görə, pandemiya istehsal həcmlərinə mənfi təsir göstərib:
"Beynəlxalq təşkilatlar qiymətlərin son 30 ildə ən yüksək həddə çatdığını qeyd edib. Bunun ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısının alınmasına, ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetiriləcək. Qiymət artımı ilə əlaqədar hökumət mümkün olan bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək. Süni qiymət artımının qarşısının alınması ilə bərabər, idxalın əvəzinə istehsalın artırılması nəzərdə tutulur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31