Xarici pasportların alınması və itirilməsinə görə rüsumlar ARTIRILDI
3 Dekabr 2021 12:34 İqtisadiyyatMilli Məclisin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Olaylar xəbər verir ki, dəyişikliklə Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği artırılır.
Belə ki, ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
- bir yaşınadək uşaqlar üçün 10 manatdan 15 manata;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 20 manatdan 25 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30 manatdan 35 manata
- on səkkiz yaşına çatmış vətəndaşlara - 40 manatdan 60 manata.