Naxçıvanın büdcəsi 8 milyon artırıldı

"Naxçıvan Muxtar Respublikasının 2022-ci il üçün büdcəsinin gəlir və xərcləri 8 milyon manat artırılıb".
 Olaylar xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Tahir Mirkişili deyib.
 
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri 577,6 milyon manat olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31