2013-cü ilin yanvar-may aylarında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə daxil olmuş müraciətlər haqqında

2013-cü ilin yanvar-may aylarında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi  tərəfindən 124 min 605 müraciət cavablandırılıb, vergi ödəyicilərinə 208 min 798 sayda mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilib. Nazirliyin Analitik-informasiya şöbəsindən "Olaylar"a verilən məlumata görə,  Telefon Məlumat Xidmətinə daxil olmuş  müraciətlərin 79 min 540 canlı rejimdə müfəttiş-operatorlar, 45 min 65 səsli menyu vasitəsilə elektron operator tərəfindən cavablandırılıb. Müfəttiş-operatorlar tərəfindən cavablandırılmış suallar arasında vergi növləri (14,4%), elektron xidmətlər (18,8%), hesabatlar və onların doldurulma qaydaları (13,5%), qeydiyyat (11,2%) barədə suallar, səsli menyu vasitəsilə qəbul edilmiş müraciətlər arasında isə vergi növləri (56,5%) və dövlət büdcəsinə olan vergi borcları (26,1%) barədə müraciətlər üstünlük təşkil edib.

Hesabat dövrü ərzində canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılmış müraciətlərin sayı 2012-ci ilin müvafiq dövrünə nisbətən 20,2% artmışdır. Ötən dövr ərzində vətəndaşlardan şikayət (ərizə) və məlumat xarakterli 578 müraciət qəbul edilərək aidiyyəti üzrə göndərilmişdir.

Canlı rejimdə vergi ödəyicilərindən daxil olan sual xarakterli müraciətlərin 98,3%-i müfəttiş-operatorlar tərəfindən dərhal, 1,7%-i isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavablandırılmışdır. Müraciətlərin 73,7%-i Bakı şəhərindən, 11,1%-i mobil operatorlardan, qalanı isə ölkənin müxtəlif bölgələrindən daxil olmuşdur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31