İşsizlikdən Sığorta Fondunun büdcəsi qəbul olundu
3 Dekabr 2021 11:50 İqtisadiyyatMilli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Olaylar xəbər verir ki, layihəni Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.
Qeyd edək ki, İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlərinin 180 375 536,0 manat, xərclərinin 180 375 536,0 manat məbləğində olması proqnozlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31