TIKA ilə EkoAvrasiya arasında əməkdaşlıq genişlənəcək

Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) İdarə Heyətinin sədri Hikmət Eren Türk İşbirliyi və Koordinasiya Agentliyinin(TİKA) rəhbəri Serkan Kayalarla görüşüb.

-ın xəbərinə görə, bu barədə məlumat verən EkoAvrasiya rəhbəri Hikmət Eren deyib ki, görüşdə rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələrdən söhbət açılıb.

Səmimi şəraitdə keçən görüşdə TİKA rəhbəri Serkan Kayalar EkoAvrasiya tərəfindən həyata keçiriləcək layihələrə məmuniyyətlə dəstək verəcəklərini ifadə edib.

Hikmət Eren görüşdə TİKA rəhbərinə məlumat verərək bildirib ki, son illər Türkiyənin regional və qlobal anlamda artan gücü, ortaya qoyduğu təcrübəni fərqli ölkələrıə səfərləri zamanı həmin ölkələri nmüvafiq qurumları ilə bölüşməyi, bu istiqamətdə müxtəlif layihələr həyata keçirməyi nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31