"Brent" markalı neftin qiyməti aşağı düşüb
30 Noyabr 2021 11:45 İqtisadiyyatDünya bazarında neftin qiyməti orta hesabla 3% ucuzlaşıb. "Brent" markalı neftin fyuçersləri sentyabrın 10-dan bəri ilk dəfə bir barel üçün 71 dollardan aşağı düşüb.
Olaylar.az xəbər verir ki, "Brent" markalı fevral fyuçersləri 3,37% ucuzlaşaraq 70,82 dollara düşüb. Eyni zamanda, WTI markalı xam neftin yanvar fyuçerslərinin qiyməti 3,03%, yəni bir barel üçün 67,83 dollara düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31