İstehlaka yararsız məhsullar məhv edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız məhsullar aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakının Binəqədi, Qaradağ, Yasamal, Nəsimi rayonlarında, Gəncə, Sumqayıt şəhərlərində, Xaçmaz, Kürdəmir, Füzuli rayonlarında aparılan yoxlamalar zamanı ümumilikdə 330 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31