Deputat alternativ enerjidən istifadənin genişləndirilməsini təklif etdi

"Büdcə layihəsi çox gözəl hazırlanıb buna görə hökümət üzvlərinə, Hesablama Palatasına isə bütün istiqamətlər üzrə konkret və müqayisəli təhlil əsasında hazırladıqları rəyə və beynəlxalq təcrübəyə əsaslanan maraqlı tövsiyyələrə görə dərin təşəkkürümü bildirirəm!" "Olaylar" xəbər verir ki, bunu parlamentin bugünkü iclasında çıxışı zamanı deputat Sadiq Qurbanov bildirib. Deputat qeyd edib ki, növbəti ilin dövlət büdcəsindən ətraf mühitin mühafizəsi xərcləri üçün ayrılan vəsaitin 249,0 milyon manatı ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi tədbirlərinə ayrılıb: "Digər sahələr üzrə də "həmçinin vəsait bölgüsü aparılib. Bütün bunları alqışlayırıq. Hazırda bir neçə sahənin nəticə əsaslı büdcəyə keçdiyini nəzərə alaraq sadəcə büdcə zərfində xərclərin açılışının tam olmasını arzulayardıq, çünki, belə olmadıqda nəzərdə tutulan işlərin icrasına nəzarət də cətinləşir. Dövlət büdcəsində "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə subsidiya formasında 33,0 milyon manat vəsait ayrılıb. Ayrılan vəsaitin kifayət qədər iri həcmli olmasına baxmayaraq paytaxtımızda bərk tullantıların idarə olunması cox aşağı səviyyədədir. Regionlarda isə bu sahədə vəziyət daha acınacaqlıdır. Hazırda bu problemlə rayon icra hakimiyyətlərinin tərkibindəki təsərrüfat idarələri məşğul olur ki, onların da maddi-texniki bazası demək olar ki, yox səviyyəsindədir. Bu sahənin diqqətdən kənarda qalması əkinə yararlı torpaqların və suların çirklənməsinə səbəb olur.

Hesab edirik ki, bu sahəyə xüsusi diqqət ayrılmalı və bu sahəyə özəl sektorun cəlb edilməsinin təşviq edilməsinə böyük ehtiyac var. Düşünürük ki, artıq "Təmiz şəhər" konsepsiyasından "Təmiz Ölkə" konsepsiyasına keçmək vaxtıdır. Ümumiyyətlə, neft-qaz hasilatı və emalı, metallurgiya, gəmiçilik və s. ətraf mühitə daha çox tullantı atan, təsir edən müəssisələr iri çirkləndiricilər hesab olunur. Təkcə Bakı şəhərində belə müəssisələrin sayı 35-dir. Bununla yanaşı dövlətə məxsus bir sıra hüquqi şəxslər birbaşa və dolayı yollarla ətraf mühitin çirklənməsində xüsusi rola malikdir. Belə müəssisələr tərəfindən tullantıların düzgün idarə olunmaması, tullantısız texnologiyalardan məhdud istifadə edilməsi, utilizasiya mexanizmlərinin qeyri-qənaətbəxş təşkili ekoloji riskləri artırır. Ölkə üzrə atmosferə atılan çirkləndirici maddələrin yol verilən həddinin 2023-2025 ci illərdə 2min ton; Şirin su hövzəsinə atılan çirkləndirici maddələrin yol verilən həddi 2023-2025-ci illərdə 2min Xəzər dənizinə atılan çirkləndirici maddələrin yol verilən həddi 2023-2025-ci illərdə 100 ton Torpağa atılan çirkləndirici maddələrin yol verilən həddi də 2022-ci illə müqayisədə artaraq, 2023-2025-ci illərdə 10 min ton proqnozlaşdırılmışdır. Qeyd edilənlərdən aydın olur ki, çirkləndirici maddələrin yol verilən həddi ilbəil artır ki, bu da ətraf mühitin pisləşməsini və ya dəyişməz qaldığına dəlalət edir. Yaxşı olar ki, dövlət büdcəsindən maliyələşən qurumlar və təşkilatlar özləri büdcə planlaşdırılması zamanı Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixdə təsdiq etdiyi Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin 5-ci istiqaməti olan "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" olmaq məqsədlərini nəzərə alsınlar və təklif edirəm ki, bu sahədə görülən işlər barədə hesabatlılıq təmin edilsin. Həmçinin hesab edirik ki, istehsal proseslərində və tullantıların idarə olunması sahəsində müasir texnologiyaların tətbiq edilməsini, tullantısız texnologiyaların təşviq olunmasını, alternativ enerjidən istifadənin genişləndirilməsi və mərhələli şəkildə yaşıl iqtisadiyyata keçidin təmin olunması da ayrıca olaraq büdcə zərfində nəzərə alınması da məqsədə müvafiq olar.

Daha bir məsələ, 2022-ci ilin dövlət büdcəsində məcburi köçkünlər üçün salınmış qəsəbələrdə küçə, park və xiyabanlarda abadlaşdırma , yaşıllaşdırma işlərinin görülməsi üçün 9,2 milyon manat vəsait məbləğində nəzərdə tutulmuşdur. İşğaldan azad olunmuş ərazilərdə ekoloji genosidin həyata keçirildiyini flora və faunaya böyük zərərlər vurulduğunu nəzərə alaraq hesab edirik ki, ekoloji tarazlığın təmin olunması məqsədi ilə büdəcə ayırmaları zamanı bu sahəyə daha çox diqqət ayrılması məqsədə müvafiq olar"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31