Səyyar bankomatlar təşkil edilir

"AtaBank" ASC, vətəndaşlar üçün səyyar bankomat xidməti təşkil edir. "OLAYLAR"-a daxil olan məlumata görə, səyyar bankomatlar Bakı şəhər ərazisində istifadəyə verilir. Bununla da sosial işçilər, müəllimlər və dövlət qulluğundakı digər işçilər, eləcə də sadə vətəndaşlara plastik kartlardan istifadədə rahatlığı yaradılır. Bank daha əvvəl Şəmkir və Gədəbəy rayonları ərazisində pilot layihə olaraq sınaqdan keçirilən səyyar bankomat xidməti "AtaMatik"i artıq müntəzəm cədvəllə işə salaraq Bakı şəhərində əhaliyə daha yaxın olmağı planlaşdırır. "AtaMatik"in imkanları bankomat xidməti ilə məhdudlaşmır. Vətəndaşlar, "AtaMatik" avtomobilləri içərisinə quraşdırılan lazımi avadanlıqlar və təyin olunan əməkdaşlar vasitəsilə bir sıra bank işlərini rahatlıqla həyata keçirə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31