Mikayıl Cabbarov: "Baş verənlər əhalinin mövcud durumuna təsirlərin azaldılmasına yönəldilib”

Xəbər verdiyimiz kimi, hökumət üzvləri Milli Məclisdə 2022-cu ilin büdcəsini müzakirə edir. Olaylar  xəbər verir ki, hazırda iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edir. Nazir qeyd edib ki, Azərbaycan 2022-2030-cu illləri əhatə edən yeni iqtisadi dövrə qədəm qoyur.
 
M.Cabbarov bildirib ki, qarşımızda bununla bağlı yeni çağırışlar durur:
 "2022-2026-ci illər üzrə yeni inkişaf strategiyasının hazırlanması üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib. Bu müzakirələr nəticəsində qarşıdakı çağırışları özündə əhatə edən ilkin büdcə çərçivəsi formalaşmaqdadır. Bundan başqa, növbəti ilin büdcə layihəsi ölkədə sosial layihələrin həyata keçirilməsini özündə əhatə edir. Bütün bunlar dünya bazarında baş verən artımların əhalinin mövcud durumuna təsirlərinin azaldılmasına yönəldilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31