Rusiya şirkəti Azərbaycan bazarından gedir

Rusiya şirkəti Azərbaycan bazarını tərk edir.

"Ölkə.Az"ın məlumatına görə, "Şolkovo Aqroxim" səhmdar cəmiyyətinin Azərbaycan nümayəndəliyi ləğv olunur.

Məlumata əsasən, kreditorlar iki ay ərzində tələblərini AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr, ev 169, mənzil 6 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Rusiyanın böyük pestisid istehsalçısı olan "Şolkovo Aqroxim" şirkətinin Azərbaycan nümayəndəliyi 04.03.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əhmədov Şirvan Musa oğludur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31