Nazir sənaye zonalarındakı istehsalın həcmini açıqladı
12 Noyabr 2021 12:45 İqtisadiyyat"Sənaye zonalarında indiyədək dəyəri 5 milyard manatdan çox məhsul istehsal edilib". "Olaylar" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikyıl Cabbaov bildirib.Onun sözlərinə görə, sənaye zonalarında istehsal olunan məhsulun 1,4 mlrd. manatlıq hissəsi və ya təxminən 28%-i ixrac olunub: "2021-ci ilin 9 ayında isə sənaye zonalarında məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,4% artaraq 1,5 mlrd. manatdan çox, ixrac isə 2 dəfə artımla 545 mln. manat təşkil edib. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,3%, ixracında 25,9% olub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31