Hökumət müharibə iştirakçılarına müavinət verilməsi üçün sənəd hazırlayır
11 Noyabr 2021 15:15 İqtisadiyyatNazirlər Kabineti müharibə veteranlarına müavinətlərin verilməsi ilə bağlı sənəd hazırlayır. "Olaylar" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, müavinətlərdə artımın olub-olmaması da həmin sənəddə əksini tapacaq. Nazir bildirib ki, "Hərbi qulluqçuların statusu haqqında" yeni qanunun maliyyə təminatı düzgün qiymətləndirilməlidir: "Bununla bağlı hökumətdə müzakirələr aparılır".
Hazırda Birinci Qarabağ Müharibəsi veteranları aylıq 80 manat müavinət alırlar. İkinci Qarabağ Müharibəsinin iştirakçılarına isə 1 il keçməsinə baxmayaraq, hələ ki müavinət ödənilmir. İkinci Qarabağ Müharibəsi iştirakçılarının "veteran statusu" da rəsmiləşməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31