2021-ci ilin büdcəsinin icrasında ləngimələr var - Nazir

"Azərbaycanda cari ilin büdcəsinin icrasında ləngimələr var, bunu etiraf etməliyik. Bu investisiya amilləri ilə bağlıdır. Burada subyektiv amillər də rol oynayır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, bu ilin sonuna qədər proqnoza nisbətən büdcədən 1,3 milyard manata qədər vəsaitin icra olunmaması gözlənilir. "Bununla belə, deyə bilərəm ki, 2021-ci ilin büdcəsinin icrasında yüksək göstəricilərə nail olmuşuq. Xarici ticarət dövriyyəmizin həcmi artıb", - deyə Samir Şərifov əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31