Azad edilmiş ərazilərin bərpası üçün büdcədən 2.2 milyard manat ayrılacaq - Nazir

İşğaldan azad edilmiş ərazilərin bərpası üçün gələn ilin dövlət büdcəsindən 2.2 milyard manat vəsait ayrılacaq. "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, cari ildə olduğu kimi 2022-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpası əsas prioritet olaraq qalmaqdadır: "İşğaldan azad olunmuş ərazilərin tarixi simalarının qaytarılması, mədəni tarixi abidələrin bərpası, elektrik, su yol xətlərinin çəkilməsi ilə bağlı başlanılan işlər böyük sürətlə davam etməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31