Buğda bahalaşıb, pomidor, xiyar isə ucuzlaşıb

May ayında satılmış kənd təsərrüfatı məhsullarından birillik bitkilərin istehsalçı qiymətlərinin 0,2 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin 1,0 faiz ucuzlaşmasına, çoxillik bitkilərin istehsalçı qiymətlərinin isə 5,1 faiz bahalaşmasına baxmayaraq ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb. Bu barədə Dövlət Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə,  irillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 2,4, arpanın 0,4 faiz, kartofun 0,2, kələmin 2,2, baş soğanın 2,3, qırmızı turpun istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb. Pomidorun istehsalçı qiymətləri 0,2, xiyarın 13,8, göyərtilərin 3,9 faiz  ucuzlaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin istehsalçı qiymətləri 0,6 , qoyun ətini isə 1,6 faiz bahalaşıb. Ay ərzində hind toyuğu 0,8, süd 0,3 faiz, yumurta 14,0 faiz ucuzlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31