İstilik qiymətlərində artım olacaq? - RƏSMİ CAVAB
3 Noyabr 2021 10:52 İqtisadiyyatİstilik mövsümünün başlaması ilə əlaqədar istilik qiymətlərində dəyişiklik edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib.
Olaylar.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Azəristiliktəchizat"ın şöbə rəisi Rafiq Əliyev məlumat verilib.
Onun sözlərinə görə, istilik qiymətlərinin artırılması nəzərdə tutulmayıb.
Hazırda əhali qrupu üzrə 1 kvadrat metr yaşayış sahəsi üzrə aylıq tarif 15 qəpik, qeyri-əhali qrupu üzrə 1 kub isidilən həcm üçün aylıq 25 qəpik, 1 qiqakalori üçün isə 30 manatdır.
Qeyd edək ki, dağlıq və dağətəyi rayonlarda noyabrın 1-dən istilik mövsümü başlayıb. Digər rayonlarda və Bakıda isə istilik noyabrın 15-dən veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31