İkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-oktyabr ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 111,73 faiz əməl edib.
Bu barədə Komitənin sədri Səfər Mehdiyev deyib.
O bildirib ki, nəzərdə tutulan proqnozdan əlavə 373,75 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.