Azərbaycan nefti 1 % bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,91 ABŞ dolları, yaxud 1,06 % artıb.

Olaylar.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 87,08 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

WTI markalı neftin dekabr fyuçersləri 0,11 % ucuzlaşaraq, bir bareli 83,96 ABŞ dolları təşkil edib.

"Brent" markalı neftin yanvar fyuçersləri 0,02 % bahalaşaraq, bir bareli 84,73 ABŞ dolları olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31