Sahibkarlara verilən güzəştli kreditlərin məbləği açıqlandı
19 Oktyabr 2021 12:41 İqtisadiyyatSahibkarlara dəstək çərçivəsində bu ilin 9 ayında 1.152 investisiya layihəsinin maliyyələşdirilməsinə 60,9 milyon manat güzəştli kredit verilib."Olaylar"ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib. Nazir qeyd edib ki, bu kreditlərdən yararlanmaqla investisiya layihələrinın reallaşdırılması 1.800-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31