9 ayda 195-2 Çağrı Mərkəzinə 19 minə yaxın müraciət daxil olub

Bu ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 18729 müraciət daxil olub. Müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, investisiya təşviqi, lisenziyalaşdırma,  güzəştli kreditlərin verilməsi və Nazirliyin fəaliyyət istiqamətlərinə dair digər məsələlərlə bağlı olub.Nazirlikdən "Olaylar"a bildirilib ki, daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə İqtisadiyyat Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib. Qeyd edək ki, 195-2 Çağrı Mərkəzi ilə stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan zənglər və 195-2 Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31