Son bir ayda 9 şirkət iflas edib

Böyük Britaniyada tələbin qeyri-bərabərliyi səbəbindən sürətlə artan enerji qiymətləri səbəbiylə böyük bir böhran yaşanır. Ölkədə daha 3 enerji şirkəti iflas etdi və bununla da son bir ayda iflas edən enerji şirkətlərinin sayı 9 -a çatdı.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin enerji audit agentliyi Ofgem, ölkədə üç enerji şirkətinin iflas etdiyini bildirib. Ofgem tərəfindən edilən şərhdə, Enstroga, Igloo Energy və Symbio Energy adlı şirkətlərin fəaliyyətlərini dayandırdıqları və iflas etdikləri bildirilib. Açıqlamada, 3 enerji şirkətinin İngiltərə bazarında 230 min insana xidmət göstərdiyi və ümumi bazarın yalnız 1 faizini təşkil etdiyi qeyd edilib.

Xüsusilə hesab-fakturaların yuxarı həddi səbəbindən artan təbii qaz və elektrik qiymətlərini müştərilərinə birbaşa və məhdudiyyətsiz əks etdirə bilməyən kiçik və orta ölçülü enerji şirkətləri İngiltərədə ciddi böhran yaşayır. İflas edən son 3 enerji şirkəti ilə yanaşı, sentyabrın əvvəlindən ölkədə iflas edən enerji şirkətlərinin sayı 9 -a yüksəlib. Son bir ayda iflas edən 9 enerji şirkəti (Avro Energy, People Eneergy, Greensupplier Ltd, Utility Point, Igloo, PFP Energy, Symbio, MoneyPlus Energy, Enstroga) İngiltərə bazarında 1,7 milyon müştəriyə xidmət edirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31