Mərkəzi Bankın internet səhifəsinin istifadə imkanları genişləndiriib

Mərkəzi Bankın əsas kommunikasiya vasitələrindən biri olan rəsmi internet səhifəsinin istifadə imkanları genişləndirilmişdir. Müasir tələblərə cavab verən, rahat istifadə imkanlarına malik, müasir mobil platformalara, əməliyyat sistemlərinə adaptasiya olunan, innovativ modulların tətbiq olunduğu yeni internet səhifə hazırlanmış, Mərkəzi Bankın rəsmi internet ünvanı (www.cbar.az) yeni səhifəyə yönəldilmişdir. Yenilənmiş səhifə eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin  "Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair tələblərin təsdiq edilməsi haqqında" Qərarından irəli gələn tələblərin reallaşdırılmasını da təmin etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31