“İqtisadi siyasətdə tamamilə yeni istiqamətlər yaranacaq”- DEPUTAT

İqtisadçılar da avtomatlaşdırmadan sığortalanmayıblar. İqtisadi modelləşdirmədə avtomatlaşdırılmış təhlillərə əsasən, gec -tez texnoloji işsizlik iqtisadçılara da təsir edəcək.

"İqtisadçılar da avtomatlaşdırmadan sığortalanmayıblar. İqtisadi modelləşdirmədə avtomatlaşdırılmış təhlillərə əsasən, gec -tez texnoloji işsizlik iqtisadçılara da təsir edəcək. Bununla belə, əks arqument də var - Süni İntellekt iqtisadçıların bəzi vəzifələrini avtomatlaşdıra bilsə də, Sİ modellərinin öyrəndiyi məlumatlar (əsasən onilliklər boyu iqtisadi düşüncə və siyasət qurmağa əsaslanan məlumatlar) insan iqtisadçıları tərəfindən hazırlanmışdır və Süni İntellekt onu əvəz edə bilməz. Amma əks prosses sürətlə gedir..." "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tahir Mirkişili bildirib ki, Dünya İqtisadi Forumu mütəxəssisləri "Süni İntellektli iqtisadçıya" (kompüter-iqtisadçı) bəzi suallar vermişlər: "Siz Süni İntellektli iqtisadçının cavablarına fikir verin: Sual: İqtisadi inkişafın ən qısa yolu nədir? Cavab: "Qısa yol" kimi bir şey yoxdur. Hətta ən inkişaf etmiş ölkələr belə uzun bir inkişaf dövrü keçmişlər. Çin təxminən otuz ildir ki, iqtisadi inkişafa can atır və addım addım irəliləyir. Bu onu göstərir ki, inkişaf həmişə uzun çəkən bir prosesdir.

Sual: Sərvət vergisi bərabərsizliyi azaltmaqda təsirlidirmi? Cavab: Xeyr, bu belə deyil. Bunun ən əhəmiyyətli səbəbi, yüksək gəlir əldə edənlərin əhalinin əksəriyyətindən qat -qat çox mobil olmasıdır. Vergidən yayınmaq üçün başqa ölkəyə və ya başqa bir dövlətə köçə bilərlər. Zənginləri vergiyə cəlb etmək istəyirsinizsə, qlobal bir vergi sisteminə sahib olmalısınız. Bu cavablar göstərir ki, iqtisadi modelləşdirmə və iqtisadi siyasətdə tamamilə yeni istiqamətlər yaranacaq. "Nə üçün", "Niyə" kimi suallara yeni cavablar yaranmaqdadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31