Dollar bahalaşdı
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) baş tutmuş iclasının protokolunun dərc edilməsi, ABŞ dollarının məzənnəsinin artmasına səbəb olub
19 Avqust 2021 20:11 İqtisadiyyatABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) baş tutmuş iclasının protokolunun dərc edilməsi, ABŞ dollarının məzənnəsinin artmasına səbəb olub.
"Margin.az" xəbər verir ki, FES yaxın zamanda pul siyasətini dəyişməyəcəyi üçün dollar sürətlə bahalaşıb.
Məlumata görə, ABŞ dollarının məzənnəsi 8.52 lirə olub. Halbuki, səhər saatlarında bu göstərici 8.49 lirə təşkil edib.
FES-in protokolunda bildirilib ki, ABŞ iqtisadiyyatı gözləntilərə uyğun şəkildə inkişaf edərsə, maliyyə aktivlərinin bazardan alınması templərinin aşağı düşməyə başlaması üçün tələb olunan şərtlər artıq cari ildə formalaşa bilər. İştirakçıları alış tempinin növbəti il azaltmağa başlamasını daha uyğun hesab edib. Bu açıqlamadan sonra ABŞ dollarının məzənnəsi nəzərəçarpacaq dərəcədə artmağa başlayıb.