Xarici ticarət dövriyyəsi ARTIB
Xarici ticarət dövriyyəsi artıb
16 Avqust 2021 13:35 İqtisadiyyatBu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 17,7% artaraq 17,692 mlrd. ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, cari ilin yeddi ayında Azərbaycan xarici ölkələrə 11,394 mlrd. dollarıq məhsullar ixrac edib və 6,298 mlrd. dollarıq idxal həyata keçirib. Bu, illik müqayisədə 24,8% və 6,7% çoxdur. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5,096 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 57,7% çoxdur.
Qeyd olunub ki, yanvar-iyul aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib. Azərbaycanın yeddi ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, İspaniya və Xorvatiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 4 milyard 357,7 milyon ABŞ dolları, İspaniyaya 514,4 milyon dollar, Xorvatiyaya isə 497,4 milyon dollar təşkil edib.