Nümayəndə heyəti VI Astana İqtisadi Forumunda iştirak edib

Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri cənab Alixan Baymenovun dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri cənab Bəhram Xəlilov bu ölkədə səfərdə olub. Komissiyadan "OLAYLAR"-a verilən məlumata görə, səfərdə məqsəd Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşəbbüsü ilə VI Astana İqtisadi Forumu çərçivəsində "Dövlət qulluğunun müasirləşdirilməsi: davamlı inkişaf naminə effektivliyin artırılması" mövzusunda keçirilən konfransda iştirak etməkdir. VI Astana Forumunda dünyanın 120-dən çox ölkəsindən 9 mindən artıq nümayəndə iştirak edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31