Nə qədər xarici borcumuz var?

01 iyul 2021-ci il tarixi vəziyyətinə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycan Respublikasının birbaşa xarici dövlət borcu...

01 iyul 2021-ci il tarixi vəziyyətinə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycan Respublikasının birbaşa xarici dövlət borcu 7.839,0 milyon ABŞ dolları və ya 2021-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 16,6 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 764,4 milyon ABŞ dolları və ya ÜDM-in 1,6 faizini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8.603.4 milyon ABŞ dolları (14.625,7 milyon manat) və ya ÜDM-in 18,2 faizini təşkil etmişdir. Maliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.

01 iyul 2021-ci il tarixinə birbaşa daxili dövlət borcu 2.495,2 milyon manat və ya ÜDM-in 3,1 faizini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 231,1 milyon manat və ya ÜDM-in 0,3 faizini təşkil etməklə, daxili dövlət borcu 2.726,3 milyon manat və ya ÜDM-in 3,4 faizini təşkil etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31