Hansı markalı benzinin qiyməti dəyişdi?
"Aİ-98" super markalı benzinin qiymətində dəyişiklik edilib
3 Avqust 2021 12:25 İqtisadiyyat"Aİ-98" super markalı benzinin qiymətində dəyişiklik edilib. Olaylar.Az bildirir ki, bunu oxu.az-a açıqlamasında "SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli təsdiqləyib.
O bildirib ki, ölkədə "Aİ-98" super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub:
"Aİ-98" markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Mənbə ölkələrdə məhsulun qiyməti artıb".
Qeyd edək ki, "Aİ-98" super markalı benzinin qiyməti daha əvvəl 15 qəpik artaraq 1 manat 55 qəpiyə satılırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31