Mikayıl Cabbarov: “Azərbaycan iqtisadiyyatı iki faiz artıb”
23 İyul 2021 12:06 İqtisadiyyat2021-ci ilin birinci yarısında Azərbaycanın iqtisadiyyatının artımı 2 faiz təşkil edib. "Olaylar"ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, ölkənin qeyri-neft sektoru da 5 faizlik artım nümayiş etdirib: "Bütün bu göstəricilər Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən iqtisadi şaxələnməni nümayiş etdirir". Nazir əlavə edib ki, vergi və gömrük daxilolmaları üzrə də artım müşahidə olunur: "Azərbaycan qızıl-valyuta ehtiyatları artmaqda davam edir və bu, iqtisadi artıma əlavə təkan verir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31