Vergilər Nazirliyi informasiya azadlığı ilə bağlı yeni qaydalar müəyyən edib
24 May 2013 13:05 İqtisadiyyatVergilər Nazirliyində İnformasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları təsdiq edilib. Nazirlikdən "Olaylar"a daxil olan məlumata görə, yeni qaydalar Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nına uyğun olaraq müəyyən edilib.
Bu Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, "İnformasiya əldə etmək haqqında" və "Dövlət rüsumu haqqında" qanununa və digər hüquqi aktlara uyğun olaraq hazırlanıb. Yeni qaydalar Vergilər Nazirliyinin informasiya resurslarında mövcud olan məlumatların sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında əldə edilməsi qaydalarını, o cümlədən informasiyanın əldə edilməsinin formalarını, informasiyanın təqdim edilməsindən imtinanın əsaslarını müəyyən edir.