SOCAR-ın Neft Fonduna 112 milyon dollar borcu var

SOCAR-ın Neft Fonduna 112 milyon 10 min dollar borcu var.

Bu barədə Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində qeyd olunub.

Hesabatda deyilir ki, SOCAR-ın Neft Fonduna 149 milyon 960 min 128 dollar borcu olub. Şirkət 2020-ci ilin sentyabrına qədər ümumi borcdan 37 milyon 950 min dolları Neft Fonduna ödəyib. Yerdə qalan borc 112 milyon 10 min 128 dollar təşkil edir.

Bu borc 2007-2008-ci illərdə xam neftin satışından yaranan qiymət fərqi nəticəsində yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31