Kənd təsərrüfatının maliyyələşmə sisteminin yaradılmasına ehtiyac var
Elman Rüstəmov: “Bu, xüsusiləşmiş bank və yaxud mövcud bank agentlər ola bilər”
23 May 2013 16:28 İqtisadiyyat"Azərbaycanda kənd təsərrüfatı sahəsinin maliyyələşməsi sisteminin yaradılmasına ehtiyac var". Bunu deyən Mərkəzi Bankın sədri Elman Rüstəmovun sözlərinə görə, kənd təsərrüfatı sahəsi Azərbaycanın iqtisadiyyatının ən mühüm sahələrindən biridir: "Bu sahənin inkişafı üçün ölkədə böyük potensial var. Müstəqillikdən əvvəlki dövrdə, xüsusilə 1970-ci illərdə Azərbaycan əhəmiyyətli dərəcədə kənd təsərrüfatı məhsulları ixrac edirdi. Hazırda bu potensialı yenidən yaratmaq üçün kənd təsərrüfatı sahəsinin maliyyələşməsi sisteminin yaradılmasına böyük ehtiyac var. Bu, xüsusiləşmiş bank və yaxud mövcud bank agentlər ola bilər. Bununla bağlı işlər görüləcək."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31