İyulun 1-dən Avropa İttifaqının İrana neft embarqosu qüvvəyə minir

Avropa İttifaqı iyulun 1-dən İrana qarşı neft embarqosuna başlayır. Lent.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının xarici məsələlər üzrə mətbuat katibi Maykl Mann bildirib. Mann qeyd edib ki, embarqonun tətbiqi o demək deyil ki, ABŞ və Avropa İttifaqı İranla danışıqları tam dayandırır: "Əksinə, bu təzyiq mexanizmi ilə İranı danışıqlar stolu arxasına dəvət etmək niyyətindəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31