Niyə normal boşana bilmirik? – Psixoloq şərhi

"Azərbaycanda boşanmaq, ayrılmaq, tərk edilmək mədəniyyəti yoxdur. Heç övladlarımıza da bu prosesin təməl nöqtələrini, etik qaydalarını anlatmırıq".

Bunu  açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib. O bildirib ki, bunun kökündə özgüvənsizlik, psixoloji travmalar, tərk edilmək qorxusu, yalnızlıq, ictimai qınaq durur: "İctimai qınaq deyən zaman tərk edildiyinə görə yaranan söz-söhbətlər nəzərdə tutulur. Məsələn, "yaxşı qadın olsaydı, əri ona baxardı" və ya "yaxşı kişi olsaydı, arvadı onu atmazdı, boşanmazdı" və.s kimi ittihamlar insanları qorxudur. Bu qınaqların fonunda psixoloji gərginlik, stress yaranır. Həyatlarını yenidən bərpa edə bilməmək, kiminsə tərəfindən tərk edilməyi həzm etməmək kimi proseslərin şahidi oluruq. Belə çıxır ki, bizim insanlarda başlamaq problemi var. Tək qalmaq qorxusu bizə uşaqlıqdan müxtəlif cəzalarasöykənərək tətbiq, təlqin edilən bir şeydir. Azərbaycanda sırf tək qalmamaq üçün dünyaya uşaq gətirirlər, buna görə ailə həyatı qururlar. Bu baxımdan tərk edilən zaman həmin qorxu beynimizə, ürəyimizə hökm edir".

Psixoloq bildirib ki, nəticə olaraq, insan aqressivləşir, tərk edən şəxsə qarşı hətta cinayət əməli də törədir.

Qeyd edək ki, ötən gün Tərtərdə Anar Əliyev adlı şəxs həyat yoldaşı Arzu Əliyevanı boşanmaq istədiyinə görə bir neçə bıçaq zərbəsi ilə qətlə yetirmişdi.sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31