Azərbaycanda bu sahədə çalışanlar 3 min manatdan çox maaş alır
Azərbaycanda ən çox əməkhaqqı verilən sahə məlum olub.
17 İyun 2021 10:12 İqtisadiyyatAzərbaycanda ən çox əməkhaqqı verilən sahə məlum olub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 1,9 faiz azalaraq 722,3 manat təşkil edib.
Əməkhaqqı neft-qaz sektorunda 3209,2 manat, qeyri neft-qaz sektorunda 670,6 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 629,3 manat, özəl müəssisələrdə isə 836,2 manat olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31