Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələr tükənməz potensiala malikdir

"Ulu Öndər Heydər Əliyevin dediyi "Bir millət iki dövlət" anlayışı əbəs deyil. Türkiyə ilə Azərbaycan bütün arasındakı əlaqələr qardaşlıq simgəsidir. Bu əlaqələrin tarixi  keçmiş bir qardaşlıq, milli və dini dəyərlərə söykənən bağlılıqdır". "Olaylar" xəbər verir ki,  bunu deyən Yardımlı rayon Tarix-diyarşünaslıq muzeyinin fond müdiri İlqar Həsənovun sözlərinə görə, hər bir sahədə - iqtisadi, hərbi, mədəni və digər sahələrdə olduğu kimi nəqliyyat sahəsində də böyük əlaqələrə malikdir: "Türkiyə ilə Azərbaycan hər zaman bir-birinin yanında olduğunu beynəlxalq aləmə göstərmişdir. Türkiyənin Ağ dənizdə olan Avropa, xüsusən, Yunanıstanla olan gərginlik zamanı Azərbaycanın qətiyyətlə qardaş ölkə Türkiyənin yanında olduğunu bildirmiş və bütün anlarda dəstəkləyəcəyini bildirmişdir. Türkiyə də öz növbəsində hər zaman Azərbaycanın yanında olduğunu, xüsusən, 44 günlük Vətən müharibəsində bütün cəbhələrdə Azərbaycana dəstək verdiyini bildirdi. Bu ilin 29 may tarixində Prezident İlham Əliyevin Türkiyənin nəqliyyat və infastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyyətini qəbul edərkən bir daha əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahədə qarşılıqlı əlaqələndirilməsinin vacib olduğunu bildirmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31