100 dollarlıq kompüter satışa çıxarılacaq
21 May 2013 19:22 İqtisadiyyat"Dell" şirkəti tezliklə "Android" əməliyyat sistemi ilə işləyən "Project Ophelia" yığcam kompüterinin tədarüklərinə başlanılacağını bəyan edib. "ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, sözügedən cihaz görünüşcə "USB" fləş-yığıcını xatırladır. Lakin onda "USB" konnektoru əvəzinə "HDMI" konnektordan istifadə olunur. Beləliklə, kompüteri birbaşa monitorun "HDMI" portuna qoşmaq olar. Cihazın texniki xüsusiyyətləri haqqında ətraflı məlumat hələ ki yoxdur. Həmçinin bildirilib ki, qurğu kompüter, oyun konsolu və ya televiziya əlavəsinin funksiyalarını yerinə yetirə bilər. "Dell Project Ophelia" kompüteri təxminən 100 dollara satışa çıxarılacaq. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31