HP sədri: “Maliyyə inzibatçılığının da tətbiq edilməsini vacib sayırıq”
“Pandemiya və neft bazarlarındakı vəziyyəti nəzərə alsaq, 2020-ci dövlət büdcəsi əvvəlki illərin büdcələrindən tamam fərqlidir”.
27 May 2021 14:03 İqtisadiyyat"Pandemiya və neft bazarlarındakı vəziyyəti nəzərə alsaq, 2020-ci dövlət büdcəsi əvvəlki illərin büdcələrindən tamam fərqlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2020-ci il dövlət büdcəsinin icrası haqqında qanunun müzakirəsi zamanı çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov söyləyib. Sədr Hesablama Palatasının büdcənin icrasına rəyini təqdim edib: "Qeyd edilən iki məqam valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarmayıb. 2020-ci ilin dövlət büdcəsinin icrası haqqında Hesablama Palatası büdcə təsnifatının beynəlxalq Valyuta təsnifatı əsasında təkmilləşdirilməsini vacib hesab edir. 2020-ci ilin unudulmaz olmaqla bərabər qarşıda bizi daha şərəfli tarix gözləyir. Vergi və gömrük inzibatçılığı sahəsində müşahidə edilən addımların daha təkmilləşdirilməsi yaxşı olardı. Maliyyə inzibatçılığının da tətbiq edilməsini vacib sayırıq".