Dörd ayda büdcəyə 5.4 milyard manat vəsait daxil olub
18 İyun 2012 15:48 İqtisadiyyatCari ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 5.4 milyard manat vəsait daxil olub, büdcədən 3.9 milyard manat xərclənib. Maliyyə Nazirliyinin məlumatlarına əsasən nəticədə ümumi daxili məhsulun 9.0 faizi qədər və ya 1492.0 milyon manat məbləğində profisit yaranıb. Büdcə xərclərinin 1568.0 milyon manatı (40.3 faizi) iqtisadiyyatın inkişafına, 614.9 milyon manatı (15.8 faizi) sosial müdafiə və sosial təminata, 468.3 milyon manatı (12.0 faizi) təhsilə və səhiyyəyə yönəldilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31