Parlament büdcənin icra vəziyyətini müzakirə edir
24 May 2021 12:33 İqtisadiyyatMilli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir. "Olaylar" xəbər verir ki, iclasda Maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Gömrük Komitəsinin baş idarə rəisi Mirqasım Vahabov və digər rəsmi şəxslər iştirak edirlər.
İclasın gündəliyinə 3 məsələ daxil edilib. Deputatlar əvvəlcə gündəlikdəki birinci məsələ - "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxaracaqlar. Sonra komitə üzvləri "Kredit ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinə (hər ikisi birinci oxunuş) münasibət bildirəcəklər.