Rusiya aviaşirkəti Bakıya uçuş marşrutlarını artırır
16 May 2021 14:23 İqtisadiyyatRusiyanın "Nordwind" aviaşirkəti mayın 19-dan etibarən Nijni Novqorod və Kazan şəhərlərindən Bakıya uçuşlar həyata keçirməyə başlayacaq.
Qeyd olunur ki, Nijni Novqoroddan uçuşlar cümə axşamları, Kazandan isə çərşənbə günləri baş tutacaq. Mayın 31-dən başlayaraq Kazan reysləri bazar ertəsinə keçiriləcək.
Bundan başqa, "Nordwind" mayın 20-dən Rostovdan Bakıya uçuşlara başlayacaq. Bu uçuşlar da həftədə bir dəfə çərşənbə günləri iyun ayından isə bazar ertəsi həyata keçiriləcək.
Xatırladaq ki, ötən gün "Nordwind" mayın 18-dən Sankt-Peterburq şəhərindən Azərbaycanın paytaxtına birbaşa uçuşlara başlayacağını elan etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31